"Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyi 2008-ci ildən fəaliyyət göstərir, rəsmi olaraq 29.05.2012-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata (1112-Q40-3054) alınmışdır.
"Psixisosial Reabilitasiya və İnkişaf" İctimai Birliyininin əsas məqsədi Azərbaycan cəmiyyətinin həssas əhali qruplarına müvafiq yardımlar göstərmək, əsasən uşaqların, yeniyetmələrin, gənclərin inkişafına dəstək olmaq və maarifləndirməkdir.
Təşkilat psixososial reabilitasiya, təlim və tədris sahələrində bilik və təcrübəsi olan ekspertlər komandası tərəfindən idarə olunur. Birliyin mərkəzi ofisi Bakı şəhərində yerləşsə də fəaliyyət dairəsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.



